Gürcüstanda havanın temperaturu 41 dərəcəyədək yüksələcək

Jul 27, 2025 - 18:49
 0  23
Gürcüstanda havanın temperaturu 41 dərəcəyədək yüksələcək

Qarşıdakı günlərdə Gürcüstanda havanın temperaturunun 38-41 dərəcəyədək yüksəlməsi gözlənilir.

 Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.

Məlumata əsasən, 27–31 iyul tarixlərində Qərbi Gürcüstanın düzənlik və dağlıq bölgələrində, 29–31 iyul tarixlərində isə Şərqi Gürcüstanın düzənlik və dağlıq ərazilərində bəzi yerlərdə havanın temperaturu +38…+41°C-yə çatacaq.

Agentlik xəbərdarlıq edir ki, bu cür yüksək temperatur:  İnsanlarda istilik stresini artırır; Meşə yanğınları riskini yüksəldir (təhlükə səviyyəsi – orta).

mənbə: interpress