Böyük Britaniya azyaşlı bacısı qızını zorlayan və 20 il azadlıqdan məhrum edilən şəxsi Gürcüstana ekstradisiya edir

Oct 5, 2026 - 22:12
 0  20
Böyük Britaniya azyaşlı bacısı qızını zorlayan və 20 il azadlıqdan məhrum edilən şəxsi Gürcüstana ekstradisiya edir
: :
playing

Prokuroriyanın məlumatına görə, azyaşlı bacısı qızını zorlamaqda təqsirli bilinərək 20 il azadlıqdan məhrum edilmiş şəxs Böyük Britaniya tərəfindən Gürcüstana təhvil verilir.

XEBER.GE xeber  verir ki, 2024-cü il fevralın 15-də Tbilisi Şəhər Məhkəməsi prokurorluğun təqdim etdiyi sübutları tam şəkildə əsaslı hesab edərək təqsirləndirilən şəxsi azyaşlının zorlanmasında təqsirli bilib. İstintaqla müəyyən edilib ki, mühakimə olunan şəxs 2006-cı ildən 2013-cü ilədək olan dövrdə Tbilisidəki yaşayış evlərindən birində zərərçəkənin acizliyindən istifadə edərək öncədən 14 yaşı tamam olmadığını bildiyi bacısı qızını sistemli şəkildə zorlayıb.

Təqsirləndirilən şəxsə Gürcüstan Cinayət Məcəlləsinin 137-ci maddəsinin 5-ci hissəsi ilə qiyabi olaraq ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib və beynəlxalq axtarış elan olunub. Məhkəmə onu 20 il müddətinə azadlıqdan məhrum edib.

Axtarışda olan məhkum 2024-cü il oktyabrın 22-də hüquq-mühafizə orqanları tərəfindən London şəhərində saxlanılıb. Böyük Britaniyanın səlahiyyətli orqanları Gürcüstan Baş Prokurorluğunun onun Gürcüstana ekstradisiya edilməsi ilə bağlı vəsatətini təmin ediblər.