Marneulidə qanlı qarşıdurma – atışma nəticəsində yaralanan şəxs klinikada həyatını itirdi

Jan 5, 2026 - 10:36
 0  62
Marneulidə qanlı qarşıdurma – atışma nəticəsində yaralanan şəxs klinikada həyatını itirdi
: :
playing

Xeber.ge xəbər verir ki, Marneulinin mərkəzi bazarında güllələnən kişi “Aversi” klinikasında dünyasını dəyişib.

27 yaşlı gəncin bədəninə 2 güllə dəymişdi. Mövcud məlumata görə, oğlu ilə birlikdə atəşə tutulan atasının vəziyyəti stabildir.

Yayılan məlumata əsasən, klinikada da qarşıdurma baş verib, bu səbəbdən əraziyə hüquq-mühafizə orqanları cəlb olunub.

Xatırladaq ki, Marneulidə dünən atışma olub. Ata və oğula atəş açılıb. Daxili İşlər Nazirliyi faktla bağlı Cinayət Məcəlləsinin 19-109-cu maddəsi ilə istintaqa başlayıb.