Torpaqların sistemli qeydiyyatı üzrə pulsuz proqram başa çatdı – xidmət ödənişli oldu

Jan 5, 2026 - 10:59
 0  44
Torpaqların sistemli qeydiyyatı üzrə pulsuz proqram başa çatdı – xidmət ödənişli oldu

Gürcüstanda torpaqların sistemli qeydiyyatı üzrə pulsuz proqram başa çatıb. Yanvarın 1-dən etibarən torpaq sahələrinin ölçülməsi, kadastr işləri və mülkiyyət hüququnun qeydiyyatı ödənişli olacaq.

Xeber.ge xəbər verir ki, bundan əvvəl qeydiyyat üçün zəruri məlumatları Dövlət Reyestri toplayırdı və proses vətəndaşlar üçün pulsuz idi. Yeni qaydalara əsasən, maraqlı şəxslər qeydiyyatdan yalnız fərdi müraciət əsasında və müvafiq ödəniş etməklə keçməli olacaqlar.

Mövcud məlumata görə, torpaq sahəsinin qeydiyyatının maksimal dəyəri 1200 lariyə qədər müəyyən edilə bilər.