10 min dolları mənimsəyən şəxs saxlanılıb

Jan 5, 2026 - 11:38
 0  35
10 min dolları mənimsəyən şəxs saxlanılıb

Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Marneuli rayon idarəsinin əməkdaşları külli miqdarda pulun mənimsənilməsi ittihamı ilə 1976-cı il təvəllüdlü Ş.F.-ni Sarpda saxlayıblar.

Xeber.ge xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb.

Qurumun məlumatına görə, istintaqla müəyyən edilib ki, 1981-ci il təvəllüdlü N.G. Azərbaycanda yaşayan dostuna çatdırılması üçün təqsirləndirilən şəxsə 10 000 ABŞ dolları verib, lakin Ş.F. həmin məbləği qanunsuz olaraq mənimsəyib.

“Polis əməkdaşları tərəfindən aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində Ş.F. hakim qərarı əsasında təqsirləndirilən şəxs qismində saxlanılıb.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 182-ci maddəsinin 3-cü hissəsinin ‘b’ bəndi ilə aparılır ki, bu da 11 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur”, – məlumatda qeyd olunur.