Rustavidə faciə baş verib

Rustavi şəhərində dəm qazından zəhərlənmə baş verib.
Dəm qazı zəhərlənməsi nəticəsində iki nəfər həyatını itirib, dörd nəfər isə zəhərlənib.
Məlumata görə, qaz sızması havalandırma borusu vasitəsilə 3-cü və 4-cü mərtəbələrdə yerləşən mənzillərə yayılıb.
Zərərçəkənlər xəstəxanaya yerləşdirilib və onların həyatı üçün təhlükə olmadığı bildirilir. Hadisə ilə bağlı araşdırma aparılır.
mənbə: Interpress