Gürcüstanda hava şəraiti dəyişir: İsti günlərdən sonra yağış gözlənilir
Gürcüstanın Milli Ətraf Mühit Agentliyi yaxın günlər üçün rəsmi hava proqnozunu
Xeber.ge xəbər verir ki,
Paytaxt Tbilisidə yaxın günlərdə əsasən yağıntısız hava şəraiti müşahidə olunacaq. Havanın temperaturu gündüz saatlarında +13, +15 dərəcə təşkil edəcək.
Qərbi Gürcüstanın sahil rayonlarında (Batumi, Kobuleti, Poti) fevralın 21-də hava yağıntısız keçsə də, artıq fevralın 22-si günün ikinci yarısından başlayaraq yağış yağacağı gözlənilir. Sahil bölgəsində fevralın 21-22-də temperatur +20, +22 dərəcəyə qədər yüksələcək, lakin fevralın 23-də kəskin enərək +12, +14 dərəcə təşkil edəcək.
Düzənlik və dağlıq rayonlarda (Kutaisi, Zestafoni, Zuqdidi) fevralın 23-də havanın temperaturu +11, +13 dərəcəyə qədər enəcək. Yüksək dağlıq ərazilərdə, o cümlədən Mestia və Baxmaroda fevralın 23-də qar yağacağı və temperaturun +2, +4 dərəcəyə qədər düşəcəyi bildirilir.
Şərqi Gürcüstanın Kartli və Kaxeti bölgələrində fevralın 21-i hava yağıntısız keçəcək, lakin fevralın 22-si və 23-də bəzi ərazilərdə yağış yağacağı ehtimal olunur. Bu bölgələrdə temperatur +13 ilə +16 dərəcə arasında dəyişəcək.
Dağlıq və yüksək dağlıq şərq rayonlarında (Bakuriani, Qudauri, Axalkalaki) fevralın 22-si və 23-də qar yağacağı gözlənilir. Burada gündüz saatlarında temperatur +4, +6 dərəcə ətrafında olacaq.