Kiçik və mikro biznesin birgə maliyyələşdirilməsi üçün yeni proqrama başlayırıq

Kaxa Kaladzenin sözlərinə görə, Tbilisi meriyası kiçik və mikro biznesin birgə maliyyələşdirilməsi üzrə yeni proqram həyata keçirir.
"Kiçik və mikro biznesin dəstəklənməsi üçün yeni bir proqrama başlayırıq. Bu proqram çərçivəsində illik dövriyyəsi 500,000 laridən artıq olmayan sahibkarlar – hüquqi və ya fiziki şəxslər maliyyələşdiriləcək. Maliyyələşdirmə məhsul istehsalı üçün tələb olunan avadanlıqları – maşın və qurğuları, texnologiyanı, eləcə də məhsulun emalı və əlavə dəyərin yaradılması üçün lazım olan digər kateqoriyaları əhatə edəcək", - Kaxa Kaladze deyib.
Kaladze bildirib ki, bu təşəbbüs, bizneslərini inkişaf etdirmək üçün maliyyə resursu olmayan sahibkarlara yeni imkanlar yaradacaq. Maliyyə dəstəyi onlara lazım olan texniki avadanlıq almağa, istehsal prosesini təkmilləşdirməyə, işçilərin sayını artırmağa və müştərilərə daha keyfiyyətli və rəqabətqabiliyyətli məhsul təqdim etməyə kömək edəcək.
Kaladzenin sözlərinə görə, ilkin mərhələdə tələb olunan birgə maliyyələşdirmənin maksimum məbləği 20,000 lari müəyyən edilib. Proqrama görə, iştirakçının öz vəsaiti ilə iştirak nisbəti belə müəyyən olunub:
- 5,000 lariyədək maliyyələşdirmə üçün iştirakçının töhfəsi tələb olunan məbləğin 10%-i olacaq;
- 5,000–20,000 lari arası üçün isə iştirakçı 15% töhfə verməlidir.
Kaladze qeyd edib ki, benefisiarların seçimi müəyyən meyarlar əsasında aparılacaq.
"Seçim zamanı üstünlük o namizədlərə veriləcək ki, onların aktiv istehsalat sahəsi var və onlar konkret, konstruktiv plan təqdim edəcəklər – həmin avadanlığın alınması onların biznes fəaliyyətini əhəmiyyətli dərəcədə irəli aparacaq və dəstək olacaq.
Xüsusi diqqət investisiya məhsulunun keyfiyyətini yaxşılaşdıracaq, istehsal həcmini artıracaq və əlavə dəyər yaradacaq ərizələrə veriləcək," – deyə Kaladze bildirib.
Proqram çərçivəsində müraciətlərin qəbulu bu gündən – 30 iyul tarixindən başlayır və növbəti 15 gün ərzində davam edəcək.
mənbə: marneulifm