Gənc oğlan güllələnərək qətlə yetirilib

Axmetada dəhşətli qətl hadisəsi baş verib.
Yerli sakinlərin verdiyi məlumata görə, 19 aprel gecəsi naməlum şəxs Açıko Cabanşviliyə onun yaşadığı evin yaxınlığında bir neçə dəfə atəş açıb və hadisə yerindən qaçıb.
Atəş nəticəsində gənc oğlan aldığı güllə yaralarından hadisə yerindəcə həyatını itirib.
Hadisə ilə bağlı Gürcüstanın Daxili İşlər Nazirliyi istintaqa başlayıb.
mənbə: Interpress