Mixeil Saakaşvili həbsxanalardakı vəziyyətdən danışdı

Oct 8, 2026 - 22:55
 0  19
Mixeil Saakaşvili həbsxanalardakı vəziyyətdən danışdı

Gürcüstanın üçüncü Prezidenti Mixeil Saakaşvili sosial şəbəkədəki səhifəsində ölkənin penitensiar müəssisələrindəki mövcud ağır vəziyyət və problemlərlə bağlı uzunmüddətli həbs həyatından əldə etdiyi müşahidələrini paylaşıb.

XEBER.GE xeber  verir ki, Saakaşvilinin sözlərinə görə, son 2-3 ildə həbsxanalarda sanitariya vəziyyəti kəskin şəkildə pisləşib, qidanın keyfiyyəti isə fəlakətli həddə düşüb — yeməklərin əksəriyyəti yarasızdır, əvvəllər hər gün mümkün olan ərzaq bağlamalarının gətirilməsi isə indi yalnız ayda iki dəfəyə endirilib.

Həbsxanalarda məhbusların vaxt öldürməsi üçün istifadə etdiyi flaş kartlar vasitəsilə video-filmlərin gətirilməsi qadağan edilib və müxtəlif əsassız məhdudiyyətlər tətbiq olunub.

Müəssisələrə əlavə korpusların qeyri-peşəkar şəkildə artırılması səbəbindən problemlər yaranıb; məsələn, onun özünün də saxlandığı Rustavi həbsxanasında köhnə və yeni tikilmiş hissələr arasında böyük çatlar əmələ gəlib.

Xalq müdafiəçisi institutunun faktiki olaraq fəaliyyət göstərmədiyini qeyd edən siyasətçi, ictimai təşkilatların nümayəndələrindən və məhbusların ailə üzvlərindən ibarət komissiyanın həbsxanalara mütəmadi olaraq buraxılmasını, qidanın və sanitariyanın nəzarətdə saxlanılmasını tələb edir.

Saakaşvili hesab edir ki, təhlükəli cinayətkarlar buraxılmamaq və oğru subkulturası neytrallaşdırılmaq şərti ilə, həbsxana kontingenti ən azı iki dəfə azaldılmalıdır, çünki hazırda həbsxanalardan yenə də ölkədəki cinayətkarlığa nəzarət edilir.