Gürcüstanda 33 dərəcə isti və qısamüddətli yağışlar olacaq

Jul 20, 2026 - 15:04
 0  19
Gürcüstanda 33 dərəcə isti və qısamüddətli yağışlar olacaq

Gürcüstanın Milli Ekologiya Agentliyinin məlumatına görə, 21-23 iyul tarixlərində ölkə ərazisində nisbətən yüksək temperatur fonunda ayrı-ayrı rayonlarda qısamüddətli yağış yağacağı və ildırım çaxacağı gözlənilir.

XEBER.GE ölkənin müxtəlif bölgələri üzrə təfərrüatlı hava proqnozunu təqdim edir:

Tbilisi: Müvəqqəti buludluq artacaq, azca qısamüddətli yağış yağacağı və ildırım çaxacağı ehtimalı var. Günorta saatlarında temperatur +31...+33°C təşkil edəcək.

Sahil zonası :(Batumi, Kobuleti, Anaklia, Poti): Hava əsasən yağmursuz və isti keçəcək. Havanın temperaturu günorta saatlarında +27...+29°C arasında dəyişəcək.

Düzənlik rayonlar: (Zestafoni, Kutaisi, Samtredia, Zugdidi, Martvili, Ozurgeti): Bəzi yerlərdə qısamüddətli yağış və ildırım gözlənilir. Havanın temperaturu gündüz +30...+32°C olacaq.

Dağlıq rayonlar: (Ambrolauri, Oni, Sageri, Şovi, Çiatura, Saçxere, Xulo, Rikoti aşırımı): Bəzi yerlərdə qısamüddətli yağış və ildırım yağacağı ehtimal olunur. Temperatur gündüz +30...+32°C təşkil edəcək.

Yüksək dağlıq rayonlar: (Mestia, Baxmaro): Bəzi yerlərdə qısamüddətli yağış və ildırım gözlənilir. Havanın temperaturu gündüz +27...+29°C olacaq.

Kartli :(Rustavi, Bolnisi, Marneuli, Gardabani, Gori, Sxinvali): Bəzi yerlərdə qısamüddətli yağış və ildırım gözlənilir. Havanın temperaturu gündüz +31...+33°C təşkil edəcək.

Kaxeti: (Sagareco, Telavi, Gurcaani, Signagi, Lagodexi, Kvareli, Axmeta, Dedoplistskaro): Bəzi yerlərdə qısamüddətli yağış və ildırım yağacağı ehtimal olunur. Temperatur gündüz +31...+33°C olacaq.

Dağlıq rayonlar: (Axaltsixe, Borcomi, Duşeti, Tianeti, Pasanauri): Bəzi yerlərdə qısamüddətli yağış və ildırım gözlənilir. Havanın temperaturu gündüz +28...+30°C olacaq.

Yüksək dağlıq rayonlar :(Axalkalaki, Tsalka, Bakuriani, Gudauri, Omalo): Bəzi yerlərdə qısamüddətli yağış və ildırım yağacağı ehtimal edilir. Temperatur gündüz +23...+25°C təşkil edəcək.