Batumidə İnterpol tərəfindən axtarılan Tacikistan vətəndaşı saxlanıldı

Jul 16, 2026 - 11:14
 0  17
Batumidə İnterpol tərəfindən axtarılan Tacikistan vətəndaşı saxlanıldı

Gürcüstanın Daxili İşlər Nazirliyi Batumi şəhərində beynəlxalq axtarışda olan şəxsin saxlanılması ilə bağlı məlumat yayıb.

XEBER.GE xəbər verir ki, DİN-in Acarıstan Polis Departamentinin əməkdaşları tərəfindən İnterpolun "Qırmızı bülleten"i ilə axtarılan Tacikistan Respublikasının vətəndaşı ələ keçirilib.

"Hüquq-mühafizə orqanlarının həyata keçirdiyi operativ-axtarış tədbirləri nəticəsində beynəlxalq səviyyədə axtarışda olan şəxs Batumi şəhərində saxlanılıb. Müəyyən edilib ki, həmin şəxs Tacikistan Respublikasının hüquq-mühafizə orqanlarının sorğusu əsasında, dələduzluq ittihamı ilə İnterpol tərəfindən 'Qırmızı bülleten'lə qlobal səviyyədə axtarılırdı", — deyə nazirliyin rəsmi məlumatında qeyd olunub.

Hazırda saxlanılan xarici ölkə vətəndaşı barəsində qanunvericiliyə uyğun olaraq ekstradisiya prosedurları icra edilir.