Bu ölkədə hər 3-cü dəqiqədə bir nəfər yol qəzasında ölür

Hindistanda insan ölümləri ilə nəticələn yol nəqliyyat hadisələri kəskin şəkildə artmaqdadır.
Xeber.ge xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Məlumata görə, uçuruma yuvarlanan sərnişin avtobusları, piyadaları vuran sərxoş sürücülər, tırlarla toqquşan minik avtomobilləri - bunlar artıq ölkədə adi bir hal alıb. Təkcə 2023-cü ildə 172 min nəfər Hindistan yollarında həyatını itirib. Bu orta hesabla, günə 474 nəfər, hər üç dəqiqədən bir - 1 nəfər edir.
Ölənlərin 10 min nəfərini təhsil müəssisələrinin qarşısında və yollarda vurulan azyaşlılar təşkil edir.
mənbə: trend.az