İsrail 1 ayda 595 fələstinli uşağı qətlə yetirib

Apr 21, 2025 - 11:14
 0  12
İsrail 1 ayda 595 fələstinli uşağı qətlə yetirib

İsrailin 18 martda atəşkəsi pozmasından bəri Qəzza sektorunda qətlə yetirdiyi fələstinli uşaqların sayı açıqlanıb.

Xeber,ge xəbər verir ki, bu barədə Fələstin İnsan Haqları Mərkəzi məlumat yayıb.

Belə ki, təxminən 1 ay ərzində İsrail 595 günahsız qəzzalı uşağın, həmçinin 308 qadının həyatına son qoyub.

İsrail 2023-cü il 7 oktyabrdan bəri davam edən Qəzza soyqırımı çərçivəsində 18 044 fələstinli uşağı və 12 402 qadını qətlə yetirib.

Ümumilikdə isə İsrail 18 martdan bəri 1 783 dinc Qəzza sakinini öldürüb, 4 683 nəfəri isə yaralayıb; 2023-cü il 7 oktyabrdan bəri 51 157 günahsız qəzzalını qətlə yetirib, 116 724 nəfəri isə yaralayıb. Həmçinin minlərlə insan isə itkin düşüb.

mənbə: azshafaqna.com