Qatarın altına tullanan ata övladını ölümdən qurtardı-VİDEO

May 5, 2026 - 18:50
 0  87

Banqladeşdə möcüzəvi xilas etmə hadisəsi baş verib.

Bir ata qatarın altına düşən övladının həyatını öz canı bahasına xilas edib.

Xeber.ge xeber  verir ki,  hadisə dəmir yolu platformasında qeydə alınıb.

 Uşağın relslərin üzərinə düşdüyünü görən ata tərəddüd etmədən dərhal aşağı tullanıb.

  O, övladının üzərinə uzanaraq onu bədəni ilə örtüb, platformanın divarına sıxılıb və hərəkətsiz vəziyyətdə gözləyib.

Qatarın səkkiz vaqonu onların üzərindən keçib.

  Hadisə nəticəsində nə ata, nə də övladı ciddi xəsarət almayıb.

Şahidlərin sözlərinə görə, atanın soyuqqanlılığı və sürətli reaksiyası faciənin qarşısını alıb.