Batumidə avtomobil uşağı vurub

May 5, 2026 - 19:13
 0  8
Batumidə avtomobil uşağı vurub

Gürcüstanın Batumi şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Xeber.ge xeber  verir ki,  hadisə şəhərin Ximşiaşvili küçəsində qeydə alınıb. Avtomobil yolu keçən azyaşlını vurub.

 Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Xəsarət alan uşaq xəstəxanaya yerləşdirilib və ona lazımi tibbi yardım göstərilir.

Gürcüstan Daxili İşlər Nazirliyindən "PrimeTime" nəşrinə verilən məlumata görə, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsi (Nəqliyyat vasitəsinin hərəkət təhlükəsizliyi və ya istismarı qaydalarının pozulması) ilə istintaq başladılıb.

Hazırda qəzanın başvermə səbəbləri araşdırılır.