Polşadan Gürcüstan polisinə gözlənilməz qadağa...

Apr 18, 2025 - 10:01
 0  97
Polşadan Gürcüstan polisinə gözlənilməz qadağa...

Polşa hökuməti Gürcüstan hüquq-mühafizə orqanlarının 8 nümayəndəsinin ölkəyə girişini məhdudlaşdırıb.

Bu barədə ölkənin Xarici İşlər Nazirliyi sosial şəbəkədə məlumat yayıb.

“Gürcüstanda müxalifətə qarşı gücləndirilmiş repressiyalara cavab olaraq, Polşa etirazçılara qarşı güc tətbiq etməkdə məsul olan təhlükəsizlik qüvvələrinin səkkiz üzvünə ölkəyə giriş qadağası qoyub”, - bəyanatda deyilir.

Polşaya girişi qadağan edilən gürcü polislərin adları açıqlanmır.

mənbə: axar