Biz bir yerdə böyümüşük- Gürcüstan Prezidenti azərbaycanlı dostlarından DANIŞDI

Feb 22, 2025 - 11:08
Feb 22, 2025 - 12:24
 0  493
Biz bir yerdə böyümüşük- Gürcüstan Prezidenti azərbaycanlı dostlarından DANIŞDI

“Gürcüstanda çox sayda azərbaycanlılar yaşayır. Ölkənin bugünkü inkişaf mərhələsində onların rolu böyükdür”.

Bunu Gürcüstan Prezidenti Mixeil Kavelaşvili “Real Tv”yə müsahibəsində deyib.

O, Gürcüstan azərbaycanlıları arasında dostlarının olduğunu bildirib.

“Mənim şəxsən Gürcüstan vətəndaşı olan azərbaycanlılarla əlaqələrim var. Uşaqlıqdan birlikdə böyüdüyüm dostlarım var. Onlar mənim üçün yad deyillər, əksinə biz bir yerdə böyümüşük. Ölkə olaraq bu yolu birlikdə gəlirdik. Biz qafqazlıyıq və ən əsası dəyərlərimizi, dostluğumuzu, ailə müqəddəsliyini qoruyuruq. Biz bu münasibətimizi başqaları ilə bölüşə bilərik”, - dövlət başçısı söyləyib.

mənbə: publika