Bu tarixlərdə yağış və qar gözlənilir

Apr 7, 2025 - 18:50
 0  75
Bu tarixlərdə yağış və qar gözlənilir

8 apreldən 11 aprelə qədər ölkə ərazisində yağışlı hava şəraiti gözlənilir, bəzi yerlərdə yağışlar intensiv olacaq, yüksək dağlıq ərazilərdə isə qar yağa bilər.

Bu barədə Gürcüstanın Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.

Məlumata əsasən, həmçinin qərb istiqamətli güclü külək və dənizdə 4-5 bal gücündə fırtına müşahidə olunacaq.

“Gözlənilən intensiv yağışlar çaylarda suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, kiçik çaylarda isə sel hadisələrinə səbəb ola bilər. Ölkənin yüksək dağlıq rayonlarında qar uçqunlarının yaranması, təpəlik və dağlıq ərazilərdə isə torpaq sürüşməsi və sel proseslərinin baş verməsi – aktivləşməsi mümkündür (təhlükə səviyyəsi orta dərəcədədir)”, – deyə məlumatda bildirilir.

mənbə: interpress