Mixeil Kavelaşvili Mariamoba bayramı münasibətilə 226 məhkumu əfv etdi

Aug 27, 2026 - 18:50
 0  4
Mixeil Kavelaşvili Mariamoba bayramı münasibətilə 226 məhkumu əfv etdi

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili  Mariamoba bayramı ilə əlaqədar 226 nəfəri əfv edib.

XEBER.GE xeber  verir ki, əfv 217 azadlıqdan məhrumetmə və 6 qeyri-həbs cəzası çəkən şəxsə şamil olunub, 3 şəxsin isə məhkumluğu götürülüb.

Gürcüstan Prezidenti tərəfindən Konstitusiya ilə verilmiş eksklüziv səlahiyyətin tətbiq edilməsi hümanizm prinsipinə və dövlət maraqlarına əsaslanır.