Ruispiri kəndində polis əməkdaşının atdığı kor gülləyə tuş gələn 64 yaşlı kişi klinikada vəfat edib

Jun 27, 2025 - 19:32
 0  28
Ruispiri kəndində polis əməkdaşının atdığı kor gülləyə tuş gələn 64 yaşlı kişi klinikada vəfat edib

64 yaşlı Levan Şamrelaşvili, 25 iyun tarixində Telavi bələdiyyəsinin Ruispiri kəndində yerləşən

restoranda olarkən polis əməkdaşı tərəfindən atılmış kor güllə baş nahiyəsinə dəydikdən iki gün sonra klinikada vəfat edib.

Bu hadisə ilə bağlı, 26 iyun tarixində Gürcüstan Daxili İşlər Nazirliyinin Patrul Polisi Departamentinin əməkdaşı Bidzina Kaverdaşvili qəsdən adam öldürməyə cəhd maddəsi ilə saxlanılıb.

Prokurorluğun yaydığı press-relizə əsasən: “Hazırda istintaqa məlum olan məlumatlara görə, patrul inspektoru cinayəti xidmətdənkənar vaxtda, ona məxsus odlu silahla törədib və hadisə zamanı sərxoş vəziyyətdə olub.”

mənbə: marneulifm