Saakaşvili İlham Əliyevdən YAZDI: O, təkcə regionun lideri deyil, həm də..."

"Bu yaxınlarda Antalyada keçirilən forumda dünyada hökm sürən yalançı, ikiüzlü siyasi, ikili standartları rədd edən Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyevin parlaq nitqi aydın şəkildə seçildi".
Bunu Gürcüstanın həbsdə olan eks-rezidenti Mixeil Saakaşvili "Facebook" səhifəsində yazıb.
"Prezident başqalarının düşünə biləcəyini, lakin yüksək səslə deməkdən çəkindiklərini dilə gətirdi. O, Rusiyanın Ukraynaya təcavüzü faktlarını açıq şəkildə göstərdi və mövcud vəziyyətdən çıxış yolu təklif etdi. O, çıxışı ilə bir daha təsdiqlədi ki, o, təkcə regionun lideri deyil, həm də dövlətlərin yeni davranış prinsipinin yaradıcısıdır - şəxsi ləyaqət hissi ilə", - eks-prezident qeyd edib.
Xatırladaq ki, 11-13 aprel tarixlərində Türkiyədə IV Antalya Diplomatiya Forumu (ADF 2025) keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva forumda iştirak ediblər.
mənbə: publika