İnqiridə gənclər arasındakı dava qəsdən adam öldürməyə cəhd işi ilə araşdırılır

Sep 14, 2026 - 10:28
 0  8
İnqiridə gənclər arasındakı dava qəsdən adam öldürməyə cəhd işi ilə araşdırılır

Zuqdidi bələdiyyəsinin İnqiri kəndində gənclər arasında düşən mübahisə fiziki qarşıdurmaya çevrilib.

XEBER.GE xeber  verir ki, yayılan məlumata görə, münaqişə zamanı gənclərdən biri digərinə bıçaqla bir neçə xəsarət yetirib və hadisə yerindən qaçıb.

Yaralı gənc təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb. Ona təcili əməliyyat edilib və hazırda re animasiya şöbəsində yerləşdirilib.

Daxili İşlər Nazirliyindən "Primêri" nəşrinə bildirildiyi kimi, faktla bağlı istintaq qəsdən adam öldürməyə cəhdi nəzərdə tutan Cinayət Məcəlləsinin 19, 108-ci maddəsi ilə aparılır.