Qrup halında qanunsuz silah və sursat saxlayan üç əcnəbi saxlanılıb
Tbilisi və Açara polis departamentlərinin əməkdaşları birgə keçirdikləri polis tədbiri nəticəsində odlu silah və döyüş sursatını qanunsuz olaraq, qrup halında əldə etmə və saxlama ittihamı ilə üç xarici ölkə vətəndaşını saxlayıblar.
XEBER.GE xeber verir ki, məlumatı Daxili İşlər Nazirliyi (DİN) yayıb.
"Hüquq-mühafizə orqanlarının əməkdaşları kompleks şəkildə həyata keçirilmiş əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində, Tbilisidə, təqsirləndirilən şəxslərin müvəqqəti yaşadıqları mənzildə aparılan axtarış zamanı onlar tərəfindən qrup halında qanunsuz əldə edilmiş və saxlanılmış müxtəlif modeldə 4 odlu silah-tapança, 156 döyüş patronu və 5 daraq maddi sübut kimi götürüblər.
Polis hər üç şəxsi təqsirləndirilən qismində saxlayıb.
İstintaq Cinayət Məcəlləsinin 11 ilə qədər azadlıqdan məhrumetməni nəzərdə tutan 236-cı maddəsinin 6-cı hissəsi ilə aparılır", – deyə bəyanatda bildirilir.