Aİ Parlamenti Gürcüstanın hazırkı hökumətini tanımadığını bəyan etdi

Jul 19, 2025 - 17:59
 0  10
Aİ Parlamenti Gürcüstanın hazırkı hökumətini tanımadığını bəyan etdi

Avropa Parlamenti bildirib ki, Gürcüstanın Avropa İttifaqına üzvlük prosesi hazırkı hökumətin avtoritar siyasəti dəyişmədiyi təqdirdə mümkün olmayacaq.

Bu barədə qurumun rəsmi “X” (keçmiş Twitter) səhifəsində paylaşım edilib.

“Avropa Parlamenti Gürcü xalqının yanındadır. Parlament Gürcüstanın hazırkı hökumətini tanımır və bəyan edir ki, ədalətli seçkilər keçirilməyənə qədər ölkənin Aİ-yə üzvlük prosesi faktiki olaraq dayandırılıb”, – deyə paylaşımda qeyd olunub.

mənbə: interpress