Həyətində çətənə bitkisi əkən şəxs saxlanıldı - VİDEO
Raça-Leçxumi və Kvemo Svaneti Polis Departamentinin Lentexi rayon şöbəsinin əməkdaşları narkotik cinayətinə görə 1992-ci il təvəllüdlü L.J.-ni saxlayıblar.
Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına əsasən, saxlanılan şəxsin evində, həyətyanı sahəsində və yardımçı tikilisində aparılan axtarış zamanı sübut kimi onun tərəfindən əkilib-becərilən, tərkibində narkotik maddə olan xüsusilə böyük miqdarda – 200-ə yaxın çətənə kolu aşkar edilərək götürülüb.
Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 265^1-ci maddəsinin 3-cü hissəsinin “a” bəndi ilə aparılır. Cinayət 6 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
mənbə: interpress