Gürcüstan sərhədində saxta sənəd təqdim edən və rüşvət vermək istəyən şəxs saxlanıldı

Aug 17, 2025 - 12:19
Aug 17, 2025 - 12:22
 0  66
Gürcüstan sərhədində saxta sənəd təqdim edən və rüşvət vermək istəyən şəxs saxlanıldı

Patrul Polis Departamentinin Sərhədin İdarəolunması və Koordinasiyası Baş İdarəsinin əməkdaşları həyata keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində 1986-cı il təvəllüdlü xarici ölkə vətəndaşı S.Q.-nu saxlayıblar.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. 

İstintaqla müəyyən olunub ki, S.Q. Gürcüstan dövlət sərhədində yerləşən “Dariali” sərhəd-keçid məntəqəsindən keçərkən məcburi sərhəd nəzarətindən yayınıb saxta sənədlər təqdim edib və sərhədçi nəzarətçiyə rüşvət təklif edib. Hüquq-mühafizə orqanları onu cinayət başında saxlayıblar.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 339-cu maddəsinin 2-ci hissəsi (rüşvət vermək) və 362-ci maddəsinin 1-ci hissəsi (saxta sənədin istifadəsi) ilə aparılır. Bu cinayətlər 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

mənbə: interpress