Yeddi nəfər xarici vətəndaş saxlanıldı
Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsi və Sərhəd Polisinin əməkdaşları birgə keçirdikləri tədbir nəticəsində ümumilikdə 7 Nigeriya, İran, Misir və Qana vətəndaşını həbs ediblər.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Onların məlumatına görə, həbs edilən şəxslər qanuni əsas olmadan ölkədə olublar.
“Saxlanılan şəxslərin Gürcüstanın “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında” qanunu nəzərə alınmaqla qanuni əsas olmadan ölkə ərazisində olması müəyyən edilib. Onlar ölkədən könüllü getməyi nəzərdə tutan deportasiya qərarında müəyyən edilmiş müddətlərdən istifadə etməyib, nəticədə adıçəkilən şəxslərin saxlanılması barədə Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsi tərəfindən qərar qəbul edilib.
“Qərarın icrasını təmin etmək üçün hazırda həbs edilmiş şəxslər öz ölkələrinə qaytarılmaları məqsədilə Miqrasiya İdarəsinin müvəqqəti yerləşdirmə mərkəzinə yerləşdirilib”, - məlumatda deyilir.
mənbə: interpress