Almaniya Gürcüstanda etirazçıların dağıdılmasına görə məsuliyyət daşıyan şəxslərə ölkəyə giriş qadağası qoyub

Mar 25, 2025 - 16:27
 0  68
Almaniya Gürcüstanda etirazçıların dağıdılmasına görə məsuliyyət daşıyan şəxslərə ölkəyə giriş qadağası qoyub

Almaniya hökuməti Gürcüstanda etirazların dağıdılmasına görə məsuliyyət daşıyan şəxslərin ölkəyə girişini qadağan edib.

Bu barədə məlumat Almaniya Xarici İşlər Nazirliyi tərəfindən X sosial şəbəkəsində yayılıb.

"Demək olar ki, üç aydır ki, gürcü xalqı Avropa İttifaqına inteqrasiya uğrunda mübarizə aparır və ölkənin rəhbərliyinin mövqeyinə qarşı çıxır. Bu gün Almaniya, etirazçıların dağıdılmasına görə məsuliyyət daşıyan Gürcüstanın rəsmi şəxslərinə giriş məhdudiyyəti tətbiq edir”, – deyə rəsmi bəyanatda qeyd olunub.

Xatırladaq ki, 31 dekabrda Almaniya, etiraz aksiyalarında zorakılığa görə məsuliyyət daşıyan 9 nəfərə viza məhdudiyyəti tətbiq etmişdi.

mənbə: interpress