Marneulidə gənc qız özünü körpüdən atıb

Marneuli-Tbilisi yolundakı körpüdən gənc qız özünü atıb.
Ötən günün axşam saatlarında Marneuli-Tbilisi avtomobil yolunun üzərində yerləşən körpüdə gənc qız intihara cəhd edib.
Hadisə təxminən saat 19:40 radələrində baş verib. Hadisə yerindən əldə edilən mılumata əsasən, 23 yaşlı Marneuli sakini olan qız körpüdən özünü atıb. Onun hansı səbəbdən bu addımı atdığı hələlik bilinmir.
Məlumata görə, o, körpüdən tullandıqda Alget çayına deyil, çayın ətrafındakı boş əraziyə düşüb. Nəticədə müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Xidmətinin əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. Yaralı qız xəstəxanaya aparılıb.
Faktla bağlı polis araşdırmaya başlayıb.