Quriyada gül mağazasından 30 min lari oğurlayan şəxs saxlanılıb

Daxili İşlər Nazirliyinin məlumatına görə, Quriya bölgəsində 2007-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş L.Ç. oğurluq ittihamı ilə saxlanılıb.
Nazirliyin açıqlamasında bildirilir ki, Lançxutidə yerləşən gül mağazalarından birinə qanunsuz daxil olan şəxs təxminən 30 min lari məbləğində pulu oğurlayaraq hadisə yerindən qaçıb.
Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində L.Ç. “isti izlərlə” saxlanılıb. Onun evində aparılan axtarış zamanı oğurluq
DİN-in məlumatına görə, faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə aparılır. Bu maddə 10 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.
mənbə: marneulifm