AB 2025-ci ildə neçə gürcü vətəndaşını deportasiya etdi

Oct 25, 2025 - 17:29
 0  24
AB 2025-ci ildə neçə gürcü vətəndaşını deportasiya etdi

2025-ci ilin doqquz ayı ərzində Avropa Birliyi ölkələri 2,685 gürcü vətəndaşının öz ölkəsinə deportasiyası barədə qərar qəbul edib. On bir nəfərin qaytarılması isə Gürcüstan tərəfindən Readminessiya Sazişi çərçivəsində rədd edilib.

Xeber.ge xeber  verir ki, bu məlumat Daxili İşlər Nazirliyinin saytında yerləşdirilib.

Deportasiya edilənlər arasında 1,560 kişi, 417 qadın və 708 yetkinlik yaşına çatmayan şəxs var. Gürcüstan vətandaşlarının öz ölkəsinə qaytarılması barədə ən çox qərar Almaniya (1,448 nəfər), Fransa (452), İrlandiya (243), İsveçrə (102) və Yunanıstan (96) tərəfindən qəbul edilib.