Tbilisidə küçədə vətəndaşı bıçaqlayan şəxs patrul polisinə də hücum etdi

Jun 7, 2026 - 16:17
 0  12
Tbilisidə küçədə vətəndaşı bıçaqlayan şəxs patrul polisinə də hücum etdi

  Tbilisidə asayiş keşikçisinə və yerli sakinə qarşı amansız silahlı hücum qeydə alınıb.

Xeber.ge xəbər verir ki, hadisə şəhərin Çuqureti  rayonunda baş verib.

Küçədə vətəndaşı təqib edən bıçaqlı şəxs, hadisəyə müdaxilə edən patrul-inspektorunu da ağır yaralayıb.

Daxili İşlər Nazirliyinin verdiyi rəsmi məlumata görə, DİN-in Patrul Polisi Departamentinin Tbilisi Baş İdarəsinin əməkdaşları Çuqureti rayonu ərazisində xidmət apararkən əllərində bıçaq olan bir kişinin digər vətəndaşa xəsarətlər yetirdiyini və soyuq silahla onu qovmağa davam etdiyini şahidlik ediblər.

Patrul-inspektorları dərhal cinayətkar qanunsuz əməllərini dayandırmağa çağırsalar da, həmin şəxs polisin qanuni tələblərinə tabe olmayıb.

Əksinə, hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı aqressiv nümayiş etdirərək onlara tərəf cumub. Hücum zamanı o, asayiş keşikçilərindən birinə bıçaqla müxtəlif bədən xəsarətləri yetirib və hadisə yerindən qaçıb gizlənməyə cəhd göstərib.

Hücumdan dərhal sonra digər patrul polisləri tərəfindən həyata keçirilən operativ təqib tədbirləri nəticəsində cinayəti törədən şəxs yaxınlıqdakı ərazidə şübhəli şəxs qismində qandallanıb. Cinayət aləti olan bıçaq maddi sübut (nivtmtkitseba) kimi polis tərəfindən müsadirə olunub.

Bıçalanan mülki vətəndaş və xəsarət alan patrul-inspektoru təcili tibbi yardım maşınları ilə dərhal müvafiq klinkalara yerləşdirilib. Həkimlərin verdiyi ilkin məlumata görə, hər iki yaralıya lazımi tibbi yardım göstərilib, onların həyatı üçün heç bir təhlükə yoxdur

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 19-108-ci (Qəsdən adam öldürməyə cəhd) və 353-cü prima (Polis əməkdaşına hücum və ya xidməti fəaliyyəti ilə bağlı ona müqavimət göstərmə) maddələri ilə rəsmi cinayət işi açılıb.

Saxlanılan şəxsi 15 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir. İstintaq davam edir.