Özünü müdafiə etdiyini deyən yeniyetmə barəsində həbs qətimkan tədbiri seçildi
Rustavi Şəhər Məhkəməsi, 50 yaşlı Azərbaycan vətəndaşını qəsdən öldürməkdə ittiham olunan 15 yaşlı yeniyetmə barəsində prokurorluğun vəsatətini təmin edərək həbs qətimkan tədbiri seçib. Xeber.ge xəbər verir ki, məhkəmə müdafiə tərəfinin irəli sürdüyü alternativ təklifləri qəbul etməyib.
Məhkəmə prosesində yeniyetmənin vəkili onun həbs olunmaması müqabilində 100 000 lari məbləğində rekord girov təklif etsə də, hakim bu şümdəcliyi rədd edib.
Məhkəmənin qərarına əsasən, cinsi zorakılığa məruz qaldığı üçün özünü müdafiə etdiyini bildirən azyaşlı növbəti iki ay ərzində həbsdə — yeniyetmələr üçün nəzərdə tutulmuş xüsusi cəzaçəkmə müəssisəsində saxlanılacaq.
Xatırladaq ki, prokurorluq tərəfi yeniyetmənin fərdi maraqlarının və təhlükəsizliyinin qorunması, eləcə də istintaqın obyektiv aparılması üçün onun tam təcrid olunmasını mütləq hesab edirdi. Vəkil isə məhkəmənin mahiyyəti üzrə baxış mərhələsində qətlə yetirilən şəxsin digər azyaşlılara da təcavüz etdiyini sübut edəcək şahidlərin ifadələrini təqdim edəcəklərini bəyan edib.
Hazırda iş üzrə qapalı məhkəmə araşdırması davam edir.