Həyat yoldaşını başından gülələyən şəxs saxlanıldı
 
                                Ozurgeti bələdiyyəsində kişi həyat yoldaşını mübahisə zəminində ov tüfəngi ilə güllələyərək öldürüb.
Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat verib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisə avqustun 22-də şəxsin öz yaşayış evində baş verib.
İstintaq müəyyən edib ki, 1956-cı il təvəllüdlü Z.R. mübahisə zəminində həyat yoldaşı, 1969-cu il təvəllüdlü N.Q.-nun baş nahiyəsinə atəş açıb. Qadın hadisə yerindəcə dünyasını dəyişib.
Polis şübhəlini “isti izlərlə” saxlayıb, qətldə istifadə olunan ov tüfəngi isə maddi sübut kimi götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 11 prim 109-cu maddəsi ilə – ailə üzvünün qəsdən, ağırlaşdırıcı şəraitdə qətlə yetirilməsi ittihamı üzrə istintaq aparılır. Bu maddə 16 ildən 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutur.
mənbə: interpress
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                                                                                                             
                                                                                                                                             
                                                                                                                                             
                                             
                                             
                                             
                                             
                                            