Gürcüstanda Vahid Milli İmtahanların qiymətləndirmə meyarları açıqlandı

Jun 7, 2026 - 14:27
 0  26
Gürcüstanda Vahid Milli İmtahanların qiymətləndirmə meyarları açıqlandı

2026-cı ildə Gürcüstanda 43 mindən çox abituriyent Vahid Milli İmtahanlarda iştirak edəcək

  Milli İmtahan və Qiymətləndirmə Mərkəzi 2026-cı il üçün Vahid Milli və Ümumi Magistratura imtahanlarının, tələbə qrantı müsabiqəsinin, fənn imtahanının, baş xüsusi pedaqoqların və baza peşə bacarıqları imtahanının ümumi qiymətləndirmə meyarlarına dair məlumatları dərc edib. Bu barədə mərkəzin mətbuat xidmətindən bildirilib.

Xeber.ge xeber  verir ki, bu meyarlar abituriyentlərin, magistratura namizədlərinin və müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsində vahid prinsipləri müəyyən edir.

Vahid Milli İmtahan müxtəlif növ tapşırıqları, o cümlədən çoxseçimli (test), açıq tipli və uyğunlaşdırma tapşırıqlarını özündə birləşdirir.

Çoxseçimli tapşırıqlarda hər bir sual bir neçə mümkün cavabla müşayiət olunur ki, onlardan yalnız biri doğrudur və müvafiq balla qiymətləndirilir.

Açıq tipli tapşırıqlar isə obyektivliyi və şəffaflığı təmin etmək məqsədilə əvvəlcədən hazırlanmış qiymətləndirmə sxemləri əsasında yoxlanılır.

Ümumi magistratura imtahanı dörd hissədən ibarətdir: oxuyub-anlama, analitik yazı, məntiqi mühakimə və kəmiyyət mühakiməsi. Hər bir hissə üçün maksimal ballar və icra müddəti belə müəyyən edilib:

Oxuyub-anlama: 21 bal (75 dəqiqə)

Analitik yazı: 18 bal (70 dəqiqə)

Məntiqi mühakimə: 17 bal (70 dəqiqə)

Kəmiyyət mühakiməsi: 19 bal (75 dəqiqə)

Dərc olunmuş meyarlar imtahan prosesinin şəffaflığını, ədalətliliyini, iştirakçıların bilik və bacarıqlarının bərabər şəkildə qiymətləndirilməsini təmin edir.

Daha əvvəl xəbər verildiyi kimi, 2026-cı ildə 43 mindən çox abituriyent Vahid Milli İmtahanlarda gücünü sınayacaq.