Ölkədə yağmurlu hava hökm sürəcək

Aprelin 28-də Kutaisidə yağış yağacağı, gündüz +15, gecə +5 dərəcə isti olacağı gözlənilir.
Bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayır.
Tbilisidə də yağış gözlənilir. Havanın temperaturu gündüz +19, gecə +6 dərəcəyə çatacaq.
Ozurqetidə də hava yağıntılıdır, burada havanın temperaturu gündüz +14, gecə +5 dərəcə olacaq. Batumidə yağış yağacaq, hava gündüz +14, gecə +5 dərəcəyədək isti olacaq.
Potidə yağışlı hava hökm sürəcək. Havanın temperaturu gündüz +14, gecə +7 dərəcə təşkil edəcək.
Havanın temperaturunun gündüz +15, gecə +5 dərəcə olacağı gözlənilən Zuqdidiyə yağış yağacaq.
Suxumidə də yağışlı gün olacaq. Gündüz +13 dərəcə, gecə +4 dərəcə isti gözlənilir.
Mestiada da yağış gözlənilir, gündüzlər +9 dərəcə isti, gecələr isə -1 dərəcəyədək isti olacaq. Ambrolauridə də yağış yağacaq, hava +14 dərəcəyə qədər istiləşəcək, gecə isə +3 dərəcəyə enəcək.
Çiaturada da yağış yağır, havanın temperaturu gündüz +15, gecə +4 dərəcəyə çatır. Axaltsixdə hava gündüz +14 dərəcəyədək isti, gecələr isə +4 dərəcə isti təşkil edəcək.
Borjomidə də yağış yağacaq, havanın temperaturu gündüz +13, gecə 4 dərəcə isti olacaq. Bakurianidə də yağıntılı hava şəraiti gözlənilir, temperaturun gündüz +9 dərəcəyə, gecə isə -2 dərəcəyədək enəcəyi gözlənilir.
Qoridə də yağıntı gözlənilir, temperaturun gündüz +17, gecə +4 dərəcə isti olacağı gözlənilir. Sxinvalidə də yağış yağacaq, havanın temperaturu +16, gecə +3 dərəcə təşkil edəcək.
Qudauridə də yağmurlu hava olacaq, havanın temperaturu gündüz +6, gecə -1 dərəcəyə çatacaq.
Omaloda da yağış yağacaq, havanın temperaturu gündüz +8 dərəcə, gecə isə -1 dərəcə olacaq.
Laqodexidə də yağış gözlənilir. Havanın temperaturu gündüz +19, gecə +7 dərəcə olacaq. Telavidə də yağışlı gün olacaq, +18 dərəcə isti, gecə isə +6 dərəcə isti gözlənilir.
Qurcaanidə də yağış gözlənilir. Havanın temperaturu gündüz +20, gecə +6 dərəcə olacaq.
Siqnaqidə də yağışlı hava şəraiti gözlənilir, havanın temperaturu gündüz 18 dərəcə, gecə isə 7 dərəcə isti təşkil edəcək.
Rustavidə də yağışlı gündür. Gündüz +20, gecə +7 dərəcə isti gözlənilir.
mənbə: Interpress