Dövlət klinikalarına COVID cərimələrinin qismən silinməsi təklif olunur

May 1, 2025 - 19:30
 0  20
Dövlət klinikalarına COVID cərimələrinin qismən silinməsi təklif olunur

Dövlət klinikalarına COVID ilə bağlı cərimələrdən qismən azad olunmaq təklifi verilir.

Səhiyyə naziri Mixeil Sarcveladze hökumət iclasından sonra keçirilən brifinqdə bildirib ki, əgər klinikalar müəyyən müddət ərzində borcun 25 faizini ödəsələr, qalan məbləğdən azad olunacaqlar.

Onun sözlərinə görə, ümumi borc təxminən 26 milyon laridir.

“COVID dövründə tibb müəssisələrinin göstərdiyi xidmətlərlə bağlı cəmiyyətdə birmənalı olmayan fikirlər mövcud idi, o cümlədən, tibbi xidmətlərin ödənilməsi məsələsinin ciddi çatışmazlıqlarla həyata keçirildiyi və tibb müəssisələrinin fəaliyyətində müəyyən problemlərin olduğu barədə məlumatlar vardı. Bu hallar bir sıra aktlarda da əksini tapıb, həmin aktlarla bu müəssisələr yoxlanılıb. Hökumətin qəbul etdiyi qərara əsasən, dövlət qarşısında maliyyə öhdəliyi olan bütün bu müəssisələrə təklif olunur ki, müəyyən müddət ərzində bu günkü borcun 25 faizini dövlətə ödədikləri halda, qalan məbləğ üzrə məsuliyyətdən azad olunsunlar. Bu təklif bu gündən qüvvəyə minir və onlara müəyyən vaxt veriləcək ki, dövlətə müraciət etsinlər.

Bu ədalətli təklifdir, biz tibb müəssisələri ilə məsləhətləşmələr aparmışıq,” – deyə nazir bildirib.

Sual olunduqda ki, bu klinikaların istəyi idimi, Sarcveladze bildirib ki, təşəbbüs sektordan gəlmişdi, lakin dövlət tərəfindən ona uyğun cavab modeli formalaşdırılmışdı.

O həmçinin bildirib ki, bəzi hüquqi mübahisələr də mövcuddur, çünki sektorda hesab edirlər ki, yoxlamalar zamanı müəyyən nöqsanlar olub.

Mən deyə bilmərəm ki, bu təşəbbüs yalnız onlardan gəlmişdi, çünki bu məsələ ilə bağlı məhkəmə prosesləri də mövcuddur. Müəyyən problemlər və iradlar var idi, çünki sektorda belə bir fikir var ki, yoxlamalar zamanı da müəyyən çatışmazlıqlar olmuşdu. Qeyd etmək lazımdır ki, mövcud qanunvericilik kifayət qədər sərtdir və bu da sektorda narazılığa səbəb olurdu. Yeni maliyyə investisiyalarının həyata keçirilməsi zamanı tez-tez bu maliyyə öhdəliklərinə istinad olunur və bu borc sektora dövlət qarşısında maneə kimi göstərilirdi, deyə Sarcveladze bildirib.

mənbə: marneulifm