Yunanıstanda Gürcüstandan olan kişi saxlanılıb

May 1, 2025 - 19:24
 0  14
Yunanıstanda Gürcüstandan olan kişi saxlanılıb

Yunanıstanda yerli hüquq-mühafizə orqanlarının məlumatına görə, hərbi obyektlərin şəkillərini çəkən, Gürcüstandan olan 59 yaşlı kişi saxlanılıb.

Yunanıstan polisi və kəşfiyyat xidmətinin məlumatına əsasən, Yunanıstanda daimi yaşayış icazəsi olan bu şəxs çəkdiyi materialları digər bir şəxsə göndərirmiş. Həmin şəxs isə “ana Rusiya”nın maraqları naminə fəaliyyət göstərirmiş.

Söhbət, əsasən, Yunanıstanın liman şəhəri Aleksandrupolidən Ukraynaya daşınacaq hərbi yüklərin şəkillərinin çəkilməsindən gedir.

Gürcüstandan olan 59 yaşlı kişi bildirib ki, o rəssamdır, ona cinayətkar aləmdən bir şəxs müraciət edib və hərbi bazaların və əsasən Ukrayna üçün nəzərdə tutulmuş hərbi yüklərin şəkillərini çəkməsini xahiş edib. Ona bu tapşırığın “ana Rusiya” üçün olduğunu deyiblər.

Mövcud məlumata görə, həmin şəkilləri qəbul edən şəxs Litvada saxlanılıb.

mənbə: marneulifm