Tbilisinin yeni vitse-meri Giorgi Dğemaladze olacaq

May 21, 2025 - 15:30
 0  17
Tbilisinin yeni vitse-meri Giorgi Dğemaladze olacaq

Tbilisi şəhərinin yeni vitse-meri Giorgi Dğemaladze olacaq.

Bu qərarı Tbilisi meriyası tərəfindən keçirilən iclasda şəhər meri Kaxa Kaladze elan edib.

“Vitse-mer vəzifəsinə sizə təqdim etmək istəyirəm bir şəxsi, ki, onun tanıdılmasına ehtiyac yoxdur – o, bizim komandanın seçilən liderlərindən biridir. Uzun illərdir şəhərin inkişafı və quruculuğu istiqamətində bütün fəaliyyətlərdə iştirak edir. Giorgi Dğemaladzeni təqdim edirəm – o, iki çağırış boyunca Tbilisi Şəhər Məclisinin sədri olub. Paytaxtda həyata keçirilmiş və icra olunmaqda olan bütün layihələr onun və şəhər məclisinin iştirakı ilə baş tutub. Əminəm ki, onun peşəkarlığı və fəallığı bizə dəstək olacaq və biz başladığımız vacib layihələri davam etdirəcəyik. Ona bu önəmli vəzifədə uğurlar arzulayıram. Qarşımızda iddialı planlar var və önümüzdəki illərdə şəhərimiz üçün əhəmiyyətli layihələrin icrasını planlaşdırırıq. Bu barədə ictimaiyyəti mərhələli şəkildə məlumatlandıracağıq. Giorgi yerli özünüidarənin nə qədər vacib olduğunu yaxşı bilir,” – deyə Kaladze bildirib.

Qeyd edək ki, Giorgi Dğmaladze bu günədək Tbilisi Şəhər Məclisinin sədri vəzifəsini icra edirdi.

mənbə: interpress