"Rusiyaya qarşı müharibəyə girmədiyimiz üçün bizə Aİ-yə namizəd statusu vermədilər"

Mar 5, 2025 - 10:42
 0  73
"Rusiyaya qarşı müharibəyə girmədiyimiz üçün bizə Aİ-yə namizəd statusu vermədilər"

"Rəsmi Tbilisi Rusiyaya qarşı müharibəyə qoşulmaqdan imtina etdiyi üçün Avropa İttifaqı (Aİ) Gürcüstana üzvlüyə namizəd statusu verməyib".

Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib.

"2022-ci ilin iyununda bizə namizəd statusu verilməməsinin səbəbi müharibəyə qoşulmaqdan imtina etməyimiz idi. Bunun ardınca inqilablara cəhdlər baş verdi.

Ukraynada döyüş əməliyyatları başlayandan sonra Qərb ölkələrinin nümayəndələri Gürcüstan hakimiyyəti ilə qapalı danışıqlarda Rusiyaya qarşı müharibəyə qoşulmağı açıq şəkildə tələb ediblər", - baş nazir deyib.

mənbə: oxu