Qar yağması səbəbindən hansı avtomobil yollarında məhdudiyyətlər var?

Oct 13, 2025 - 13:43
 0  48
Qar yağması səbəbindən hansı avtomobil yollarında məhdudiyyətlər var?

Qar yağması səbəbindən, ölkə əhəmiyyətli Jinvali-Barisaxo-Şatili avtomobil yolunun km67-km84 (Xaxmati-Lebaiskari) hissəsində bütün növ nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılır.

Xeber.ge xəbər verir ki, məlumatı Avtomobil Yolları Departamenti yayıb.

Km52-km66 (Korşa-Xaxmati) və km85-km106 (Lebaiskari-Şatili) hissələrində isə yalnız yüksək keçid qabiliyyətli (iki və daha çox aparıcı körpüsü olan) avtonəqliyyatın hərəkətinə icazə verilir, digər növ nəqliyyat vasitələrinin hərəkəti qadağandır.

Həmçinin, qar və buzlanma səbəbindən Pşaveli-Abano-Omalo avtomobil yolunun km22-km72 hissəsində bütün növ avtonəqliyyatın hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılır.