Keçmiş DTX rəhbərinin qohumu həbs edildi

Oct 25, 2025 - 18:28
 0  34
Keçmiş DTX rəhbərinin qohumu həbs edildi

DTX-in keçmiş rəhbəri Qriqol Liluaşvilinin qohumu, Andria Liluaşviliyə həbs qətimkan tədbiri tətbiq edilib.

Bu günkü məhkəmə iclası qapalı qaydada keçirilib.

Xeber.ge xeber  verir ki, iclasın növbəti mərhələsi 16 dekabr tarixində təyin edilib.

  • "Axtarış nəticəsində heç bir pul məbləği aşkarlanmayıb" – Andria Liluaşvilinin vəkilləri.

Vəkilin sözlərinə görə, Liluaşvili ittihamları qəbul etmir və heç bir cinayət törətmədiyinə inanır.

Prokurorluq Qriqol Liluaşvilinin qohumunu xüsusilə böyük miqdarda qanunsuz gəlirin legallaşdırılmasında ittiham edir. Bu cinayət 9 ildən 12 ilədək həbs cəzası nəzərdə tutur.