Gürcüstanın məqsədi 2030-cu ilə qədər Aİ üzvü olmaqdır

Oct 24, 2024 - 13:32
 0  12
Gürcüstanın məqsədi 2030-cu ilə qədər Aİ üzvü olmaqdır

Bizim məqsədimiz 2030-cu ilədək Gürcüstanı Avropa İttifaqının (Aİ) tamhüquqlu üzvü olmasıdır.

Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin iclasında bildirib.

O, Gürcüstanın Aİ ilə Assosiasiya Sazişində qeyd edilən öhdəliklərinin 90 faizinin yerinə yetirilməsi, Aİ ilə azad ticarət sazişinin əldə edilməsi üçün iddialı planı olduğunu qeyd edib.

“Bizim ambisiyamız odur ki, Gürcüstan 2030-cu ilədək Aİ-nin tamhüquqlu üzvü olsun və bunun üçün bütün şərtlər hazır olacaq. Biz bütün istiqamətlərdə ciddi tərəqqi əldə etmişik”, - Kobaxidze deyib.

mənbə: apa