Avtomobil piyadanı vuraraq öldürüb
Samtredia bələdiyyəsinin Didi Jixaişi kəndində baş verən qəza nəticəsində piyada ölüb.
Avtomobil iki piyadanı vurub, biri yerindəcə ölüb, digəri isə xəstəxanaya yerləşdirilib.
Faktı Daxili İşlər Nazirliyi də təsdiqləyir. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə araşdırma başlayıb.
mənbə: interpress