Zurabişvilini müxalifət lideri etmək cəhdi tamamilə uğursuzluqdur

Dec 4, 2024 - 21:44
 0  55
Zurabişvilini müxalifət lideri etmək cəhdi tamamilə uğursuzluqdur

Gürcüstan Prezidenti Salome Zurabişvilinin səlahiyyət müddəti dekabrın 29-da başa çatır və o, müxalifət lideri ola bilməyəcək.

Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Macarıstanın siyasi yutub kanalına müsahibəsində deyib.

“Bəziləri onu (Zurabişvilini - red.) radikal müxalifətin lideri kimi təqdim etmək istəyir. Hamıya xatırlatmaq istərim ki, onun prezidentlik müddəti dekabrın 29-da başa çatır. Əlbəttə ki, onu müxalifət lideri etmək cəhdi tamamilə uğursuzdur. Ona görə də onun Gürcüstanın maraqlarına zidd hərəkət etmək imkanı yoxdur”, - Baş nazir bildirib.

mənbə: report