DİN: Narkotik cinayətləri ittihamı ilə 4 nəfər saxlanılıb

Oct 14, 2025 - 11:01
 0  13
DİN: Narkotik cinayətləri ittihamı ilə 4 nəfər saxlanılıb

Daxili İşlər Nazirliyinin Sameqrelo-Yuxarı Svaneti Polis Departamentinin Senaki, Martvili və Zuğdidi Rayon İdarələrinin əməkdaşları tərəfindən müxtəlif vaxtlarda keçirilən əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində narkotik cinayətləri ittihamı ilə 4 nəfər saxlanılıb.

Xeber.ge xəbər verir ki, bu barədə məlumatı DİN yayıb.

Qurumun məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları narkotik cinayətləri ittihamı ilə saxlanılan şəxslərin üzərlərinə, avtomobillərinə və müvəqqəti yaşayış yerlərinə baxış zamanı satmaq üçün hazırlanmış külli miqdarda müxtəlif növ narkotik vasitələr, o cümlədən 74 bükümdə qablaşdırılmış "Amfetamin", "Metadon" və "Marixuana" maddi sübut kimi götürüblər.

İstintaq Cinayət Məcəlləsinin 260-cı maddəsinin 2-ci və 3-cü hissələrinin "a" bəndi, eləcə də 260-cı kvarta maddəsinin 6-cı hissəsinin "a" bəndi ilə aparılır.