Vaziani-Gombori-Telavi yolunun bəzi hissələrində nəqliyyat məhdudiyyəti tətbiq edilib

Feb 20, 2025 - 11:33
 0  34
Vaziani-Gombori-Telavi yolunun bəzi hissələrində nəqliyyat məhdudiyyəti tətbiq edilib

Güclü qar yağışı səbəbindən, daxili əhəmiyyətli Vaziani-Gombori-Telavi avtomobil yolunun 36-64-cü km (Verona-Telavi) hissəsində yalnız yüksək keçid qabiliyyətinə malik (iki və daha çox aparıcı oxu olan) nəqliyyat vasitələrinin hərəkətinə icazə verilir.

Bu barədə məlumatı Gürcüstanın Avtomobil Yolları Departamenti yayıb.

Digər nəqliyyat vasitələrinin bu hissədə hərəkəti müvəqqəti olaraq qadağan edilib.

Avtomobil yolunun digər hissələrində isə nəqliyyatın hərəkəti sərbəstdir.

mənbə: Interpress