Mleta-Qudauri hissəsində avtomobillərin hərəkəti bərpa olunub

Mtsxeta-Stepantsminda-Lars avtomobil yolunun Mleta-Gudauri hissəsində nəqliyyatın hərəkəti bərpa olunub.
Bu barədə Məlumatı Gürcüstanın Avtomobil Yolları Departamenti yayıb.
Gudauri (Post)–Kobi hissəsində qar uçqunu riski yüksək olaraq qalır. Buna görə bu yolda hər cür nəqliyyat vasitəsinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb.
Məlumatda qeyd olunur ki, Mleta-Gudauri və Stepantsminda-Lars hissələrində nəqliyyat vasitələrinin yalnız dayanmadan keçməsi qaydası ilə hərəkət etməsinə icazə verilir.
mənbə: Interpress