Axaltsikhədə 9 avtomobil və gözəllik salonunu talayan şəxs saxlanıldı

Sep 17, 2026 - 11:46
 0  10
Axaltsikhədə   9 avtomobil və gözəllik salonunu talayan şəxs saxlanıldı
: :
playing

Daxili İşlər Nazirliyinin Samtsxe-Cavaxeti Polis Departamentinin Axaltsixe Rayon İdarəsinin əməkdaşları oğurluq ittihamı ilə əvvəllər dəfələrlə məhkum olunmuş və hazırda şərti cəza çəkən yeniyetməni saxlayıblar.

XEBER.GE xeber  verir ki, bu barədə məlumatı DİN yayır.

İdarənin məlumatına görə, istintaqla müəyən edilib ki, təqsirləndirilən yeniyetmə Axaltsikhədə 9 avtomobil və bir gözəllik salonu oğurlayıb, həmçinin bir nəqliyyat vasitəsini qanunsuz olaraq ələ keçirərək hadisə yerindən qaçıb.

Polis keçirilmiş əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində cinayəti törədən şəxsi “isti izlərlə” saxlayıb. Oğurlanmış avtomobil maddi sübut kimi götürülüb.

İstintaq Cinayət Məcəlləsinin 177-ci maddəsinin 3-cü hissəsi ilə aparılır ki, bu da 7 ilə qədər azadlıqdan məhrumetməni nəzərdə tutur.